Xəzər Xəbər

Xaçmazda karantin qaydalarına riayət edilməsi ilə bağlı reyd keçirildi

Hadisə | 12:23 • 7 Avqust 2020
Xaçmazda karantin qaydalarına riayət edilməsi ilə bağlı reyd keçirildi

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə, eləcə də rayon ərazisində yerləşən çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarət edirlər.


DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlara izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi bildirilir.


Həmçinin polis əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib.


Reyd zamanı bir neçə sakinin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.


Bundan əlavə DYP bölməsinin əməkdaşları rayon ərazisində sərnişindaşıma ilə məşğul olan taksi sürücüləri ilə də profilaktiki söhbətlər apararaq, onlara nəqliyyat vasitələrində şəffaf arakəsmədən istifadə etmələrini, sərnişinləri isə arxa oturacaqlarda əyləşdirməyi bildiriblər.

Xəbər lenti