Xəzər Xəbər

Ermənistanda koronavirus yayılmağa davam edir 8 mindən çox insan...

Hadisə | 12:33 • 4 Avqust 2020
Ermənistanda koronavirus yayılmağa davam edir

Ermənistanda daha 196 nəfərdə koronavirus aşkarlanıb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 050-yə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 768-ə çatıb. İndiyədək 30 372 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 8 min 158 aktiv koronavirus xəstəsi var.

Xəbər lenti