Xəzər Xəbər

Azərbaycanda polis kafedə əməliyyat keçirdi Əxlaqsızlıq yuvası aşkarlandı

Hadisə | 12:12 • 4 Avqust 2020
Azərbaycanda polis kafedə əməliyyat keçirdi

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində işlətdiyi "Yaşıl Ada”adlı kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi aşkar olunub.


DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.


Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti