Xəzər Xəbər

Kürmük çayındakı güclü sel yük avtomobillərini aparıb

Hadisə | 14:46 • 3 Avqust 2020
Kürmük çayındakı güclü sel yük avtomobillərini aparıb

Qaxda sel bir sıra fəsadlar törədib.


Dünən axşamdan yağan leysan xarakterli yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmük çayından sel keçib.


Çaya gələn lil qatı bəzi yerlərdə istinad divarlarını yuyub. Çay yatağında olan ağır texnikanı və "Zil" markalı yük avtomobilini sel aparıb. Nəticədə hər iki texnika yararsız vəziyyətə düşüb.


Bundan başqa, güclü sel 15 metr hündurlüyü olan Kürmük çayı üzərində 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində tikilmiş "Ulu Körpü" üzərindən keçib./report

Xəbər lenti