Xəzər Xəbər

Azərbaycanda daha bir məhkəmə hakim vəfat etdi - FOTO

Hadisə | 14:50 • 9 İyul 2020
Azərbaycanda daha bir məhkəmə hakim vəfat etdi -

Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov vəfat edib.

Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən M.Sadıqov 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Sadıqov 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.

Xatırladaq ki, M.Sadıqov son 1 ay ərzində Azərbaycanda vəfat edən 4-cü hakimdir.Bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin hakimləri Əfllatin Qasımov, Namiq Məmmədov və Müseyib Hüseynov dünyasını dəyişiblər. (Modern.az)

Rubrikanın digər xəbərləri

Xəbər lenti