Xəzər Xəbər

Bolqarıstanda fövqəladə epidemioloji vəziyyət rejiminin müddəti uzadılıb

Hadisə | 16:49 • 6 İyul 2020
Bolqarıstanda fövqəladə epidemioloji vəziyyət rejiminin müddəti uzadılıb

Bolqarıstan hakimiyyəti yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan fövqəladə epidemioloji vəziyyət rejiminin müddətini uzadıb.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Bolqarıstanın Səhiyyə naziri Kiril Ananiyev bildirib.


Onun sözlərinə görə, fövqəladə epidemioloji vəziyyət rejiminin müddətinin iyul ayının sonunadək uzadılmasına qərar verilib.

Nazir bildirib ki, ölkədə fövqəladə epidemioloji vəziyyət rejiminin uzadılmasına koronavirusa yoluxma hallarının artması səbəb olub.


Qeyd edək ki, Bolqarıstan son sutka ərzində 923 nəfər koronavirus testindən keçirilib, 63 yoluxma halı aşkarlanıb və 5 nəfər vəfat edib.


Xatırladaq ki, ölkədə indiyədək 5 740 nəfər COVID-19-a yoluxub, 246 nəfər vəfat edib. Xəstəlikdən sağalanların sayı 2 915 nəfərdir.


Bolqarıstanda COVID-19-a ilk yoluxma halı martın 8-də qeydə alınıb. Martın 13-dən may ayının 14-dək ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bundan sonra isə hökumət ölkədə fövqəladə epidemioloji vəziyyət rejiminin tətbiqinə dair qərar qəbul edib. Bolqarıstanda qapalı məkanlarda sosial məsafənin gözlənilməsi və tibbi maskalardan istifadə məcburidir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti