Xəzər Xəbər

Azərbaycanda kafedə dəhşətli hadisə Amansızlıqla öldürüldü

Hadisə | 10:22 • 3 İyun 2020
Azərbaycanda kafedə dəhşətli hadisə

Biləsuvar rayonunda qətl hadisəsi törədilib.

Hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib. Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.(Report)

Xəbər lenti