Xəzər Xəbər

Bakıda bağ evində faciə 2 yaşlı uşaq öldü

Hadisə | 10:40 • 1 İyun 2020
Bakıda bağ evində faciə

Bakıda iki yaşlı körpə qız bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki yaşlı İ.K. (şərtidir) valideynləri ilə birlikdə qəsəbə ərazisində yaşayan qohumlarıgilə (uşağın xalasıgilə) qonaq gedib. Nəzarətsiz qalan körpə həyətdə oynayarkən hovuza düşərək boğulub. Bu zaman uşağın anası və xalası evdə olduğundan hadisədən uşaq öləndən sonra xəbər tutublar. Onlar uşağın meyitini bir neçə dəqiqə sonra hovuzda aşkarlayıblar.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.(Report)

Xəbər lenti