Xəzər Xəbər

Bakıda 22 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı

Hadisə | 11:18 • 31 May 2020
 Bakıda 22 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı

Bakıda qadının kirayə qaldığı evdə meyiti tapılıb.

Hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39-da baş verib.

1998-ci il təvəllüdlü Aydan Allahverdiyevanın meyiti kirayə yaşadığı evin hamam otağında aşkar edilib. Qayınanası bildirib ki, onun meyitini hamamda dəm qazından boğularaq ölmüş vəziyyətdə aşkarlayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti