Xəzər Xəbər

Ağdaşda 1 tondan artıq çətənə bitkisi yandırıldı

Hadisə | 11:04 • 28 May 2020
Ağdaşda 1 tondan artıq çətənə bitkisi yandırıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Nehrəxəlil və Pirəyir kəndləri ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, ümumi çəkisi 1 ton 58 kiloqram olan 7138 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti