Xəzər Xəbər

Azərbaycanda yanacaqdoldurma məntəqəsində kütləvi dava Xəsarət alanlar var

Hadisə | 10:50 • 28 May 2020
Azərbaycanda yanacaqdoldurma məntəqəsində kütləvi dava

Tovuz rayonunda 2 nəfər münaqişə zəminində döyülərək xəsarət alıb.

Rayonun Yanıqlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi Z.Əhmədov kütləvi dava zamanı döyülüb. Dava zamanı yeməkxana işçisi olan daha bir şəxs - E.İsmayılov da müxtəlif bədən xəsarətləri alıb.

İlkin məlumatlara görə, hadisəyə yanacaqdoldurma məntəqəsinin ərazisində və ətrafında "avtoşluq" edən şəxslərə yanacaqdoldurma məntəqəsinin işçisinin etiraz etməsi səbəb olub. Sərxoş halda olduğu bildirilən bir qrup şəxslə Z.Əhmədov arasında mübahisə yaranıb, nəticədə dava olub. Bu zaman E.İsmayılov da onları ayırmağa çalışan zaman xəsarət alıb.

Hər iki zərərçəkən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.(Report)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti