Xəzər Xəbər

Cəbhədə vəziyyət necədir?

Hadisə | 09:54 • 28 May 2020
Cəbhədə vəziyyət necədir?

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

XəzərXəbər Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Xəbər lenti