Xəzər Xəbər

Restoran sahibindən ağlasığmaz addım: Maşın yoluna masa qoydu - FOTO

Hadisə | 13:17 • 27 May 2020
Restoran sahibindən ağlasığmaz addım:

"Masalarımızdan biri sadəcə, bir gün müddətinə yol kənarına qoyulub”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Əli Əliyev küçəsi, 19 ünvanında yerləşən "Dolce Vita" restoranının nümayəndəsi Sultan Quliyev deyib.

O bildirib ki, sosial şəbəkədə yayılan fotoda yol qırağına qoyulan masa bu gündən etibarən oradan götürülüb:

"Masalar anbardan gətirilmişdi. Söhbət ötən gündən gedir. İçəridə yer olmadığı üçün bir günlük masanı küçədəavtomobil yoluna qoyduq. Həmin gün ərzində bu masada müştəri də qəbul etmişik.
Masanın avtomobil yolunun kənarında uzun müddət bu formada saxlanılması nəzərdə tutulmayıb. Artıq həmin masa oradan götürülüb. Bununla bağlı qərar və təşəbbüs özümüzə aiddir”.

Xatıraladaq ki, avtomobil yolunun kənarına qoyulan masa vətəndaşların diqqətini çəkib. Bu, sosial şəbəkədə müzakirələrə səbəb olub.

***

Bakıda restoranlardan biri avtomobil yolunun hərəkət hissəsini qanunsuz olaraq zəbt edib.

Paytaxtın Əli Əliyev küçəsi, 19 ünvanında fəaliyyət göstərən restoranın sahibi qeyri-adi addım atıb.

Restorana müraciət edən müştərilər üçün hətta avtomobil yolunda da masa qoyulub.

"Dayanma-durma qadağandır” nişanının yaxınlığında qoyulan masanın fotosu sosial şəbəkələrdə paylaşılıb. Şəbəkə istifadəçiləri bunun doğru olmadığını və hər hansı bədbəxt hadisənin baş verə biləcəyini bildiriblər.

Həmin fotoları təqdim edirik:


Xəbər lenti