Bakıda oğurluqla məşğul olan şəxslər tutulub.
XəzərXəbər xəbər verir ki, Bakı şəhər BPİ CAİ və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də rayon ərazisindəki evlərin birindən 10 000 manat pul və 4 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Salayev, T.Cəlilov və Ə.Əliyev saxlanılıblar.
Onların ətrafında əlavə araşdırmalar aparılır.