Bakıda mağazadan oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə,Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2112 manat dəyərində 6 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini A.Kazımov saxlanılıb.
Araşdırma aparlır.