Xəzər Xəbər

Sumqayıtda "KamAZ"ın vurduğu kişi xəstəxanada ölüb

Hadisə | 12:26 • 25 May 2020
Sumqayıtda "KamAZ"ın vurduğu kişi xəstəxanada ölüb

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, mayın 23-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində Xaçmaz rayon sakini Ü.İbrahimov "KamAZ” markalı avtomobili arxaya idarə edərkən avtomobilin arxasında dayanmış Maqomed Zalibekovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Zalibekov orada ölüb.


Baş İstintaq və Tədqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti