Xəzər Xəbər

Abşeronda it dişləyən kişi ölüb

Hadisə | 11:08 • 25 May 2020
 Abşeronda it dişləyən kişi ölüb

Abşeronda it dişləyən 53 yaşlı kişi quduzluqdan ölüb.


Hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.


Belə ki, rayon sakini, 1967-ci il təvəllüdlü Bağiyev Mobruz Sabir oğlu 20 gün əvvəl öz həyətində saxladığı itin hücumuna məruz qalıb.


Xəsarət alan şəxs hadisədən 20 gün sonra narahatlıq hiss edərək xəstəxanaya müraciət etsə də, onun həyatını xilas etmək olmayıb. Müayinə zamanı M.Bağıyevin quduzluqdan öldüyü təsdiqlənib.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti