Xəzər Xəbər

Ağdaşda keçmiş məhkum narkotiklə yaxalandı- FOTO

Hadisə | 10:28 • 25 May 2020
Ağdaşda keçmiş məhkum narkotiklə yaxalandı-

Ağdaş rayon polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Fəqan Nəbiyev saxlanılıb. Şəxsi axtarış zamanı F.Nəbiyevdən kiçik ölçülü kağız və sellofan bükümlərdə narkotik vasitə tiryək, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış keçirilib. Oradan da yuxarıda adları qeyd olunan narkotik vasitələr və psixotrop maddələr, həmçinin həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 28 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.


Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti