Xəzər Xəbər

Bakıda DƏHŞƏT: Daha bir qadının boğazı kəsildi

Hadisə | 11:58 • 23 May 2020
Bakıda DƏHŞƏT:

Bakının Binəqədi rayonunda son iki gündə ikinci cinayət hadisəsi törədilib. Bu dəfə də qurban qadın olub.

Bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət mayın 22-də, saat 14:00 radələrində Biləcəri qəsəbəsində yerləşən fərdi evdə baş verib. Burada yaşayan 1952-ci il təvəllüdlü Əlixan Zeynalov 1956-cı il təvəllüdlü həyat yoldaşı Xanım Zeynalovanın boğazını kəsib, sonra polisə gedərək, törətdiyi əməli etiraf edib.

Məlum olub ki, o, ümumilikdə qadına dörd bıçaq zərbəsi vurub. İlkin dindirmə zamanı tutulan şəxs qətli qısqanclıq zəminində törətdiyini bildirib. Ancaq cinayətinər-arvad arasında ümumi əmlak səbəbindən yaranan münaqişəyə görə baş verdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Qeyd edək ki, mayın 21-də Cavadxan küçəsindəki 1 nömrəli evin liftində 1977-ci il təvəllüdlü Hafiz Əsgərov 1980-ci il təvəllüdlü həyat yoldaşı Könül Əsgərovaya 48 bıçaq bıçaq zərbəsi vurub və onun boğazını kəsib.

Təqsirləndirilən şəxs bu barədə polisə etiraf edib.

İlkin araşdırma zamanı ağır cinayətin qısqanclıq zəminində törədildiyi məlum olub.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti