Xəzər Xəbər

Qubada evlərdən oğurluq edən şəxs yaxalandı

Hadisə | 11:51 • 23 May 2020
Qubada evlərdən oğurluq edən şəxs yaxalandı

Qubada oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Bildirilir ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəvədabanı yaşayış massivi ərazisində yerləşən evlərin birindən bir ədəd samovar, eləcə də geyim və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun rayon sakini, 19 yaşlı Əli Ağabəyov olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Ə.Ağabəyovla bağlı aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa cinayət hadisəsinin də üstü açılıb. Saxlanılan şəxs cari ilin may ayının əvvəlində rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olmaqla, oradan iki ədəd velosiped oğurlayıb.

Dindirilmə zamanı Ə.Ağabəyov törətdiyi oğurluq hadisələrini etiraf edərək, cinayət yolu ilə əldə etdiyi əşyaları dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan əşyaların yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərəkmaddi sübut kimi götürülüb.

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti