Xəzər Xəbər

Azərbaycanda meşədə ŞOK HADİSƏ 12 yaşlı oğlan yoxa çıxdı

Hadisə | 10:07 • 22 May 2020
Azərbaycanda meşədə ŞOK HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub.

XəzərXəbər xəbər verir ki, nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Xəbər lenti