Xətai rayonunda "Kia” markalı minik avtomobilində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, nəticədə nəqliyyat vasitəsinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.