Xəzər Xəbər

Paytaxtda oğurluqla məşğul olan iki qardaş saxlanılıb

Hadisə | 18:14 • 20 May 2020
Paytaxtda oğurluqla məşğul olan iki qardaş saxlanılıb

Oğurluq etdiyinə görə tutulmuş H.Dadaşzadənin ətrafında Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qardaşı R.Dadaşzadə ilə birgə rayon ərazisindəki mağazaların birindən 1150 manat pul və 2 mobil telefon oğurlaması da müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, davam etdirilən tədbirlərlə R.Dadaşzadə də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti