Xəzər Xəbər

Polis bölməsində ŞOK HADİSƏ Pəncərədən qaçdı

Hadisə | 13:38 • 19 May 2020
Polis bölməsində ŞOK HADİSƏ

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Rayon ərazisində çoxsaylı mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Allahyarov polislər əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə aparılıb.

Polis Bölməsinin inzibati binasında R.Allahyarov nəzarətsiz qaldığı üçün pəncərədən həyətə düşərək qaçıb.

Hazırda bölmədən qaçan şəxsin axtarışları davam etdirilir.(Report)

Rubrikanın digər xəbərləri

Xəbər lenti