Xəzər Xəbər

Eyni məkanda 3-cü dəfə GÜCLÜ ZƏLZƏLƏ oldu

Hadisə | 10:06 • 19 May 2020
Eyni məkanda 3-cü dəfə GÜCLÜ ZƏLZƏLƏ oldu

Yaponiyada zəlzələ olub.

XəzərXəbər xəbər verir ki, ölkənin Fukuşima və Miyaqi əyalətlərində 5,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Yaponiya Meteorologiya Agentliyindən verilən açıqlamaya görə, episentri Fukuşima olan zəlzələ yerin 50 km dərinliyində meydana gəlib. Yerli vaxtla 12:17-də qeydə alınan sarsıntılar ətraf əyallətlərdə də hiss olunub.

Episentri Miyaqidə olan zəlzələ isə yerin 10 km dərinlyində olub. Yerli vaxtla 13:13-də qeydə alınan bu sarsıntılar da ətraf ərazilərdə hiss olunub.

Zəlzələlərdən sonra sunami xəbərdarlığı verilməyib.

Qeyd edək ki, ötən gün Miyaqi əyalətində 5,2 bal gücündə zəlzələ olmuşdu.


Xəbər lenti

Çox oxunanlar