Xəzər Xəbər

Paytaxtda taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub

Hadisə | 16:36 • 18 May 2020
Paytaxtda taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub

Paytaxtda quldurluq edən şəxslər tutulublar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, mayın 16-da saat 3 radələrində Abşeron rayonunun Gənclər şəhərciyi ərazisində rayon sakini X.Quliyevin idarə etdiyi "Daewoo” markalı avtomobilə sərnişin qismində əyləşərək M.Ə.Rəsulzadə qəsəbəsinə gedəcəyini bildirən şəxsin həmin ünvanda sürücünü bıçaqla hədələyərək 20 manatını alması barədə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə məlumat daxil olub. Quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini S.Ağayev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.


Mayın 16-da Bakı şəhər sakini X.Hüseynzadənin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri İ.Quliyev və H.Abdullayev isə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.


Hər iki faktla bağlı təhqiqat aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti