Xəzər Xəbər

82 yaşlı kişi qoyun sürüsünün altında qalıb öldü Göyçayda ŞOK HADİSƏ

Hadisə | 12:15 • 18 May 2020
82 yaşlı kişi qoyun sürüsünün altında qalıb öldü

Göyçay rayonunda ölüm hadisəsi baş verib.

Hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1938-ci il təvəllüdlü Səməndər Məmmədov qoyun sürüsünün altında qalaraq yıxılıb və xəsarət alıb.

Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Məmmədov orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbər lenti