Xəzər Xəbər

Şəkidə 2 yaşlı körpə ağır xəsarət aldı

Hadisə | 11:00 • 18 May 2020
Şəkidə 2 yaşlı körpə ağır xəsarət aldı

Şəkidə valideyninin nəzarətindən yayınan körpə ağır xəsarət alıb.

XəzərXəbər "Report”-a istinadla xəbər verir ki, hadisə Oxud kəndində qeydə alınıb.

Belə ki, 2018-ci il təvəllüdlü Şükürlü İnci Röyal qızı anasının diqqətindən yayınaraq yıxılıb. Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Azyaşlı Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

İ.Şükürlünün vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Xəbər lenti