Xəzər Xəbər

Məşhur idmançı komaya düşdü

Hadisə | 10:34 • 18 May 2020
Məşhur idmançı komaya düşdü

Ukraynanın "Zaporoje" klubunun basketbolçusu Sergey Myasoedov velosipeddən yıxılaraq ağır yaralanıb.

Ukrayna Basketbol Federasiyası idmançının hazırda komada olduğunu açıqlayıb.

Bildirilib ki, hadisə mayın 16-da səhər saatlarında baş verib. İdmançı velosiped sürdüyü zaman yıxılıb.

Basketbolçuya kəllədaxili hematoma diaqnozu qoyulub. Onun üzərində əməliyyat keçirilsə də, komaya düşüb. Hazırda vəziyyəti son dərəcə ağır qiymətləndirilir./publika.az

Xəbər lenti