Xəzər Xəbər

Bakıda avtomobildən 36 min dollar oğurlandı MARAQLI TƏFƏRRÜAT

Hadisə | 11:32 • 18 May 2020
Bakıda avtomobildən 36 min dollar oğurlandı

Bakıda xəstəxanaya müraciət edən şəxsin cinayəti üzə çıxıb.

1983-cü il təvəllüdlü Hacıyev Alqayıt Gülağa oğlu bir neçə gün əvvəl Nəsimi rayonunda avtomobildən 36 min ABŞ dolları oğurlayıb.

O, hadisə yerini tərk edən zamanı ehtiyatsızlıqdan yıxılaraq ayağını sındırıb.

A.Hacıyev səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya müraciət edib. Onun özünü şübhəli aparması polis əməkdaşlarının diqqətini cəlb edib.

Daha sonra A.Hacıyev polis tərəfindən saxlanılıb. Bu zaman o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır. (report)

xxx

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Hadisə mayın 14-də Nəsimi rayonu "28 May” küçəsində baş verib. Bakı şəhər sakini F.Məmmədova məxsus "Mercedes” markalı avtomobildən 36 min dollar pul oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qubadlı rayon sakini, əvvəllər zorlamaya görə məhkum olunan Alqayıt Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti