Xəzər Xəbər

Qubada güclü külək binanın damını aşırdı, avtomobillərə ziyan dəydi, işıqlar kəsildi

Hadisə | 18:05 • 17 May 2020
Qubada güclü külək binanın damını aşırdı,

Qubada güclü külək bir sıra fəsadlara səbəb olub.

Rayonda yaşayış binasının dam örtüyü uçub. Bundan başqa avtomobillərə və elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Hadisə rayonun Fətəlixan ünvanında baş verib.

Əsən güclü külək buradakı çoxmənzilli yaşayış binasının 500 kvm-lik dam örtüyünü yerindən qoparıb. Dam örütüyü həyətdəki avtomobillərin üstünə düşüb. Maşınlara ciddi ziyan dəyib.

Küləyin təsirindən hüdürmərtəbəli binanın bəzi mənzillərinin eyvanları da yararsız vəziyyətə düşüb. Bundan başqa, həmin ərazidəki elektrik transformatorunda yanğın baş verib. Hadisə zamanı sakinlərdən kimsə xəsarət almayıb.

Hazırda rayonda yağışlı hava şəraiti müşahidə olunur. Rayon Fövqaladə Hallar Komissiyası həmin əraziyə baxış keçirib. Yağış sularının mənzillərə daxil olmaması və fəsadların aradan qaldırılması ilə bağlı müvafiq qurumlar tədbirlərə başlayıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti