Xəzər Xəbər

Bakıda avtoxuliqanlar həbs edilib - FOTO

Hadisə | 17:52 • 16 May 2020
Bakıda avtoxuliqanlar həbs edilib -

Paytaxtın Səbail rayonu, Niyazi küçəsində nəqliyyat vasitələrində sərnişinlərin intizamsız davranışları ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, müəyyən olunub ki, həmin nəqliyyat vasitələrindən biri "Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Mahir Hüseynov, sərnişinləri isə Rza Məcidov və Ziliş Cəfərov olub.


Digər nəqliyyat vasitəsi – "KİA” markalı avtomobilin sürücüsü Mingəçevir şəhər sakini Ceyhun Musayev olması müəyyən edilib.

Həmin şəxslər Səbail RPİ 9-cu PB-yə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510 və 511-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib. Səbail Rayon məhkəməsinin qərarı ilə M. Hüseynov və C. Musayev 30 gün, Z. Cəfərov və R. Məcidov hər biri 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

Xəbər lenti