Xəzər Xəbər

Bakı sakinindən yarım kiloqrama yaxın marixuana götürülüb

Hadisə | 16:32 • 16 May 2020
Bakı sakinindən yarım kiloqrama yaxın marixuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Nəqliyyatda Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini F.Dövlətov Pirşağı dəmir yolu stansiyası ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilərək götürülüb.


Aparılmış tədbirlərlə onun Balaxanı qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti