Xəzər Xəbər

Bakıda cinsi təcavüzə məruz qalmış azyaşlı qız ana olub

Hadisə | 13:25 • 16 May 2020
Bakıda cinsi təcavüzə məruz qalmış azyaşlı qız ana olub

Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində qonşuluqda yaşayan azyaşlı qızı davamlı şəkildə zorlamaqda təqsirləndirilən Binə qəsəbə sakini K.A. (1989-cu il təvəllüdlü) barəsində cinayət işinə başlanılıb.


Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.


Rayon prokurorluğuna zərərçəkən şəxsin 35 yaşlı anası (adlar etik səbəblərdən və istintaqın mənafeyi nəzərə alınaraq açıqlanmır) müraciət edib. Qadın bildirib ki, qonşusu K.A. ilk dəfə onun qızını (2005-ci il təvəllüdlü) 13 yaşında ikən - 2018-ci ilin may ayında zorlayıb.

Qadının sözlərinə görə, kişi azyaşlı qızı aldadaraq evinə aparıb və onunla cinsi əlaqəyə girib. Sonrakı təcavüz halları da təqsirləndirilən şəxsin evində baş verib.


Nəticədə, 30 aprel 2020-ci ildə təcavüzə məruz qalmış 15 yaşlı yeniyetmənin qız övladı dünyaya gəlib.


Prokurorluq işi araşdırmaq məqsədilə istintaq materiallarını Suraxanı Rayon Polis İdarəsinə göndərib.


Şübhəli şəxs qismində adı keçən şəxs zorlama iddiasını qəbul etmir. Kişinin dediyinə görə, o, heç vaxt azyaşlı qızla yaxın münasibətdə olmayıb.


Hazırda məhkəmə yeni doğulmuş uşağın atasının kim olduğunu müəyyənləşdirmək məqsədilə DNT testi sifariş verib. Bu səbəbdən şübhəli şəxs qismində adı keçən kişi saxlanılmayıb.


Ona qarşı Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi üzrə cinayət işi açılıb.


Faktla bağlı istintaq davam edir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti