Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Hadisə | 13:31 • 16 May 2020
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 33 cinayətin üstünü "isti izlər”lə açıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən, borclu şəxs qismində axtarılan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Xəbər lenti