Xəzər Xəbər

Qusarçay daşıb Həyətləri su basıb

Hadisə | 17:03 • 11 May 2020
Qusarçay daşıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Çartəpə kəndində, yağan yağışlar nəticəsində Qusarçay çayında suyun səviyyəsi qalxmış və kəndin bəzi ərazilərinin (həyətyanı sahələr, yollar) yağış suları ilə dolması barədə məlumat daxil olub.

XəzərXəbər xəbər verir ki, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Şimal Regional Mərkəzindən əraziyə canlı qüvvə göndərilib.

Belə ki, mərkəzdən 3 nəfərdən ibarət canlı qüvvə, 2 motopompa və 1 texnika Çartəpə kəndindəki fəsadların aradan qaldırılmasına cəlb olunub.

Xəbər lenti