Xəzər Xəbər

Gəncədə evləri və köşkləri qarət edənlər yaxalandı

Hadisə | 12:53 • 8 May 2020
Gəncədə evləri və köşkləri

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərərazisində bir neçə evdən su qurğuları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Məmmədhəsən Həsənov və Elnur Axundov ayrı-ayrılıqda şəhər sakinlərinə məxsus su tənzimləyicilərini oğurlayıblar.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərdən oğurluq edən şəxslər də saxlanılıb. Belə ki, Kərim Məmmədov və Zorxan Rzayev şəhər ərazisində fəaliyyət göstərənköşkə qanunsuz daxil olaraq oradan tütün məmulatlarını, sim kartları və kassadan nağd pul oğurlayıblar.

Saxlanılan şəxslər törətdikləri cinayət əməlinietiraf edərək, tütün məmulatlarını müxtəlif ünvanlarda satdıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti