Xəzər Xəbər

Azərbaycanda iki avtobus toqquşdu: Çoxlu sayda yaralı var

Hadisə | 10:50 • 8 May 2020
Azərbaycanda iki avtobus toqquşdu:

Sumqayıtda iki avtobusun toqquşması nəticəsində baş verən qəzada xəsarət alan 14 nəfərdən 12-si evə buraxılıb.

Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti nisbətən ağırdır:

"12 nəfərə ilkin yardım edildikdən sonra evə buraxılıb. Digər iki nəfər isə müalicəsini xəstəxanada davam etdirir. Onlardan biri M.Məmişova hər iki ayağın baldır sümüyünün sınığı, digər xəstə N.Əliyevaya isə onurğanın küt travması diaqnozu qoyulub. Hər iki xəstə həkim nəzarətindədir. Vəziyyətləri qənaətbəxşdir”.

****

Sumqayıt şəhərinin çıxışında səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İlkin məlumatlara görə, 3 nömrəli sərnişin avtobusu Sumqayıt-Ceyranbatan istiqamətinə hərəkət edən 9 nömrəli sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində 14nəfər yaralanıb. Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti