Xəzər Xəbər

DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi: " Onu tanıyırsınızsa...

Hadisə | 09:09 • 7 May 2020
DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi: " Onu tanıyırsınızsa...

Tovuzda dələduzluq hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonda vətəndaşın etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Ağcabədi rayon sakini Zaur Sadıqov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Z.Sadıqov bir neçə ay əvvəl Tovuz ərazisində rayon sakininə işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edən 1 nəfər zərərçəkəni bu üsulla aldadan Z.Sadıqov ümumilikdə onun 1 000 manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102” Zəng Mərkəzinə, Tovuz RPŞ-nə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti