Xəzər Xəbər

Şəmkirdə iki qonşunun zarafatı qanla bitdi

Hadisə | 11:42 • 6 May 2020
Şəmkirdə iki qonşunun zarafatı qanla bitdi

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

İki qonşunun zarafatı cinayətlə nəticələnib.

Belə ki, Sarıtəpə kənd sakinləri Elnur Qənbərli və Asif Abdullayev sərxoş olublar.

Onların zarafatlaşması nəticəsində A.Abdullayev E.Qənbərlini döş qəfəsindən bıçaqlayıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Asif Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti