Xəzər Xəbər

Bakıda 25 yaşlı qız itkin düşdü

Hadisə | 11:33 • 6 May 2020
Bakıda 25 yaşlı qız itkin düşdü

Bakıda 25 yaşlı qız itkin düşüb.

APA-nın məlumatına görə, şəhər sakini Sevinc Məmmədxanova Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək onunla birlikdə yaşayan qızı, 25 yaşlı Nuriyə Məmmədxanovanın yaşadığı evdən çıxıb bir daha geri qayıtmadığını bildirib.

Hadisə ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti