Xəzər Xəbər

Yevlaxda iki avtomobil toqquşub: Xəsarət alanlar var

Hadisə | 10:25 • 6 May 2020
Yevlaxda iki avtomobil toqquşub:

Bakı-Qazax avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsibaş verib.

Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində "VAZ-2107” və "Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində "VAZ-2107” markalı avtomobildə olan İmişli rayon sakinləri, 1995-ci il təvəllüdlü Xəlilov Habil Rəsul oğlu və onun qohumu, 1994-cü il təvəllüdlü Yusif Xəlilov xəsarət alıblar. Hər iki şəxs xəstəxanaya aparılıb.

Digər avtomobildə xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb./report

Xəbər lenti