Xəzər Xəbər

Bakıda maşın qadını vurub öldürdü

Hadisə | 10:21 • 6 May 2020
Bakıda maşın qadını vurub öldürdü

Bakıda ölümlə nəticələnən qəza baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, S.Dadaşov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1972-ci il təvəllüdlü E.Mirağayevəməxsus parklanmış"Opel Zafira” markalı avtomobil yoxuşdan düşərək, yaxınlıqdakı şəhərcikdə süpürgəçi işləyən M.Məmmədlini vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi üzrə cinayət işinə başlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti