Xəzər Xəbər

DSX: 115 kq narkotik vasitənin və odlu silahların ölkəyə keçirilməsinin qarşısı alındı

Hadisə | 10:05 • 5 May 2020
DSX:

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, 04 may tarixində 115 kq narkotik vasitənin və odlu silahların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınmışdır.

Saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində boz rəngli VAZ-2107 markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Sərhəd naryadı təlimata uyğun maskalanaraq həmin şəxsin hərəkətini nəzarətdə saxlamış, ağacın altından bir neçə bağlama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd naryadı ona "dayan” əmri vermişdir. Lakin həmin şəxs əmrə tabe olmamış, sərhəd naryadına qarşı müqavimət göstərməsinə və hadisə yerindən qaçmağa çalışmasına baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılmışdır.

Onun saxlanılmasını görən VAZ-2107 markalı avtomobilinin sürü-cüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək on-ların həyatına sui-qəsd etmiş və hadisə yerindən uzaqlaşmışdır. Sürücünün şəxsiyyəti müəyyənləşdirilmişdir, hazırda saxlanılması üzrə əməliyyataxtarış tədbirləri həyata keçirilir.

Saxlanılmış şəxsin 1970-ci il təvəllüdlü, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan, Rusiya Federasiyasının vətəndaşı Mehtiyev Şükür Əsgər oğlu olması müəyyənləşdirilmiş, onun avtomobilə daşıdığı və ağacın altında qalan bağlamalarda ümumi çəkisi 115 kq olan heroin, tiryək, marixuana və metafetamin növündə narkotik vasitələr, 1 ədəd 9 mm kalibrli "PAK RETAY-11” markalı tapança, 8 ədəd 9 mm kalibrli güllə, 1 ədəd daraq, 1 ədəd 12 kalibrli "Kral maqnium" markalı ov tüfəngi, 19 ədəd 12 kalibrli İran istehsalı olan "Mahama" markalı güllə aşkar olunmuşdur.

Hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəllə¬sinin 206-cı (Qaçaqmalçılıq), 228-ci (Qanunsuz olaraq silah, onun kom¬plekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə et¬mə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318-ci (Azərbaycan Respublikasının dövlət sər¬hədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmışdır, cinayətkar qrupun digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olun¬ması üzrə zəruri əməliy¬yat-istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti