Xəzər Xəbər

Eyni gündə 2 qardaşın evinə girdilər və...

Hadisə | 10:23 • 5 May 2020
Eyni gündə 2 qardaşın evinə girdilər və...

Astarada iki qardaşın evindən eyni gündə oğurluq edən həmkəndlilər saxlanılıb.

XəzərXəbər DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Astara rayonunun Ərçivan qəsəbə sakini E.Məstiyev Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək axşam saatlarında evindən 300 manat pul və qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən "isti izlər”lə keçirilmiş tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Onların Ərçivan qəsəbə sakinləri Hüseyn Hüseynov və İmaməli Məmmədov olduqları müəyyən edilib.

Aparılan araşdırmalarla həmin şəxslərin eyni gündə zərərçəkmişin qardaşının evindən də pul və qızıl-zinət əşyası oğurladıqları məlum olub. Oğurlanan qızıl əşyalar onlardan aşkarlanaraq maddi-sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Xəbər lenti