Xəzər Xəbər

Bakıda qaz borusuna çırpılan avtomobil yanıb

Hadisə | 09:37 • 30 Aprel 2020
Bakıda qaz borusuna çırpılan avtomobil yanıb

Bakıda avtomobil qaz borusuna çırpılıb.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, N. Nərimanov rayonunda "Hyundai” markalı minik avtomobili yol kənarındakı qaz borusuna çırpılıb.

Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti