Xəzər Xəbər

Bakıda iki nəfər bankdan saxta sənədlə 10 min manat götürdü

Hadisə | 18:37 • 29 Aprel 2020
Bakıda iki nəfər bankdan saxta sənədlə 10 min manat götürdü

Azərbaycandakı banklardan biri iki nəfərdən saxta sənəd qəbul edərək, onlara 10 min manat kredit verib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bankın əməkdaşları fırıldaqçılıqbarədə aprelin 28-də polisə xəbər veriblər. Məlum olub ki, 2019-cu ilin iyun ayında 1991-ci il təvəllüdlü Lənkəran rayon sakini E.Mirzəyev və onun zamini, 1988-ci il təvəllüdlü, Şəki rayon sakini T.Məmmədov maliyyə qurumuna müraciət edib.

Onlar özlərini hərbi qulluqçu kimi qələmə verərək, banka saxta sənəd təqdim ediblər. Həmin şəxslər10 min manat kredit götürdükdən sonra yoxa çıxıblar. Şübhəsiz, həmin şəxslər kredit borcunu qaytarmağı ağıllarına belə gətirməyiblər.

Nəsimi Rayon Polis Şöbəsi hadisə ilə bağlı araşdırma aparır, hələlik faktla bağlı tutulan yoxdur.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar