Xəzər Xəbər

AĞLASIĞMAZ OLAY: Sevgilisini qaçırmaq üçün elə bir üsula əl atdı ki...

Hadisə | 18:08 • 29 Aprel 2020
AĞLASIĞMAZ OLAY:

Türkiyənin İstanbul şəhərində qeyri-adi və bir o qədər də maraqlı hadisə baş verib.

H.A. adlı gənclə 24 yaşlı sevgilisi E.B. arasında mübahisə yaranıb.

E.B. münasibətlərinə bir müddət fasilə vermək istəyib. Lakin H.A. buna razı olmayıb. E.B İstanbul Ailə Məhkəməsinə müraciət edərək sevgilisinin onu narahat etdiyini bildirib və haqqında uzaqlaşdırma qərarı çıxarılıb.

Koronavirus pandemiyasını fürsət bilən H.A. saxta qeydiyyat nişanlı ambulans və həkimlərin istifadə etdiyi cərrahiyyə geyimi təşkil edərək sevgilisinin evinə gedib. Qapını E.B-nın əmisi açıb. Bunu görən H.A. özünü itirməyib və "qardaşınız qızının sevgilisində koronavirus aşkarlanıb. Buna görə onu da testdən keçirmək üçün karantinə almalıyıq” deyib. E.B. evdən tələsik halda çıxıb və ambulansa minib. O, yalnız yolda həkimin keçmiş sevgilisi olduğunu anlayıb. Ağlayaraq "ailəm məni test üçün xəstəxanada gözləyir” deyib və maşından düşüb. Dərhal polisə üz tutub və keçmiş sevgilisini şikayət edib.

Faktla bağlı araşdırma başladılıb./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti