Xəzər Xəbər

Bakıda mənzilində qumarxana açan şəxs saxlanılıb

Hadisə | 10:05 • 29 Aprel 2020
Bakıda mənzilində qumarxana açan şəxs saxlanılıb

Bakıda xüsusi karantin rejimi qaydalarını pozaraq evində qumarxana təşkil edən şəxs aşkar edilib.

Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yasamal rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ə.Salamzadə küçəsində yaşayan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü T.Rüstəmovun evində qumarxana aşkarlanıb. T.Rüstəmov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti