Xəzər Xəbər

Balakəndə çətənə bitkisi yetişdirən şəxs tutuldu

Hadisə | 14:47 • 28 Aprel 2020
Balakəndə çətənə bitkisi yetişdirən şəxs tutuldu

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək, məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri keçirilib.

Bununla bağlı Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Şəki regional qrupun məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotik tərkibli çətənə bitkisi əkib-becərən şəxs saxlanılıb.

Əvvəllər də məhkum olunmuş Balakən şəhər sakini İntiqam Məmmədova məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman doqquzədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək, maddi sübut kimi götürülüb.

Faktla bağlı İ.Məmmədov barəsindəBalakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti